Zelenski ABŞ ilə razılaşmaya hazır olduğunu bildirib | Icma.az
Icma.az xəbər verir, Bakupost saytına əsaslanaraq. Ukrayna ABŞ ilə “sərmayələr və təhlükəsizlik haqqında” razılaşmaya hazırdır.
Bakupost.az "RBC-Ukrayna"ya istinadən xəbər verir ki, bunu Ukrayna lideri Vladimir Zelenski Kiyevdə ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Keyt Kelloqla görüşündən sonra deyib.
“Biz döyüş meydanındakı vəziyyəti və bütün məhbuslarımızı necə qaytaracağımızı, eləcə də effektiv təhlükəsizlik təminatlarını ətraflı müzakirə etdik...
Ukrayna ABŞ prezidenti ilə investisiyalar və təhlükəsizlik üzrə razılaşmaya hazırdır”, - o qeyd edib."RBC-Ukrayna" yazır ki, Ukrayna, ABŞ-ın xüsusi elçisi ilə görüşündən sonra Zelenskinin sözlərinə görə, Trampla investisiyalar və təhlükəsizlik üzrə “güclü” razılaşmaya hazırdır.Fevralın 20-də Zelenski Kelloqla görüşüb.Zaur, BakuPost Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu