Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq. Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ ilə faydalı qazıntılar sahəsində bağlanmış sazişi
Oxu.Az-ın məlumatına görə, bunu Ali Radanın saytında dərc edilmiş müvafiq sənədin kartı təsdiqləyir.
Qanun layihəsi 4 iyun tarixində Ali Rada tərəfindən qəbul olunub və Zelenskinin imzası ilə geri qaytarılıb.
Sazişə əsasən, yaradılan birgə investisiya fonduna Ukrayna yeni rüsumlardan və faydalı qazıntıların hasilatı üzrə verilmiş lisenziyalardan əldə etdiyi gəlirlərin 50%-ni yatıracaq.
ABŞ və Ukrayna fondun idarə olunmasında bərabər səs hüququna malik olacaqlar.
İlk 10 il ərzində dividendlər ödənilməyəcək, bütün gəlirlər ölkə daxilində yenidən sərmayələşdiriləcək.
İnvestisiyalar faydalı qazıntıların hasilatı, emalı və infrastrukturun inkişafına yönəldiləcək.
Qeyd edək ki, sazişin mətni ilk dəfə mayın 1-də dərc olunub.