Zelenski: ABŞ ın köməyi ilə bu müharibəni dayandıra bilərik

17.10.2025

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Vaşinqton, 17 oktyabr, AZƏRTAC

Bu, Rusiyanın Ukraynaya qarşı müharibəsini başa çatdırmaq üçün yaxşı bir məqamdır.

AZƏRTAC-ın məlumatına görə, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski Ağ Evdə Donald Trampla geniş tərkibdə görüş zamanı deyib. O bildirib ki, Rusiya müharibənin həllinə hazır deyil. “Ancaq düşünürəm ki, sizin köməyinizlə bu müharibəni dayandıra bilərik. Buna həqiqətən

ehtiyacımız var. Rusiyanın döyüş meydanında uğurlu addımlarının olmadığını görürük və bu, yaxşıdır. Hesab edirəm ki, onların ordusu indi zəifdir, itkiləri çoxdur. İqtisadiyyatda da çoxlu itkiləri var. Hesab edirəm ki, bu, çox vacib məqamdır”,- deyə Zelenski əlavə edib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью