Zelenski: ABŞ ın müharibəni dayandırmaq üçün hazır planı yoxdur

14.02.2025

Sitat.info saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-ın hazırda Ukraynadakı müharibəni dayandırmaq üçün konkret bir planının olmadığını bildirib.

Sitat.info Musavat.com-a istinadən xəbər verir ki, Zelenskinin sözlərinə görə, o, ABŞ Prezidenti Donald Tramp ilə uzun müddət müzakirələr aparıb. "Söhbət bəzi detalları müzakirə etmək üçün kifayət qədər uzun idi, lakin müharibəni dayandırmaq üçün konkret bir planın formalaşdırılması üçün yetərli olmadı", – deyə Zelenski vurğulayıb.

O həmçinin ABŞ ilə Ukraynanın müharibə zamanı verdiyi itkilərlə bağlı rəqəmlərinin bir-birindən fərqləndiyini qeyd edib. Zelenski bu məsələnin də Tramp ilə müzakirə edildiyini əlavə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью