Zelenski: ABŞ İranla Ukraynadan daha çox maraqlanır

03.06.2026

Icma.az, Bizim media saytına istinadən bildirir.

Vaşinqton hazırda Tehranla Kiyevdən daha çox maraqlanır.
Bizim.Media TASS-a istinadla xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Mark Rütte ilə keçirdiyi birgə mətbuat konfransı zamanı Ukrayna lideri Vladimir Zelenski bildirib.
Dövlət başçısı Ukraynanın hazırda diqqət mərkəzində olmamasından təəssüfləndiyini ifadə edib.
"Mənim nöqteyi-nəzərimdən, İran Amerika Birləşmiş Ştatları üçün bir nömrəli məsələdir, daha sonra isə Ukrayna məsələsi gəlir", - deyə o bildirib.
 

Qeyd edək ki, iyunun 3-də Rütte rəsmi səfərlə Kiyevə gəlib. Şimali Atlantika Alyansı rəhbərinin Ukraynaya səfərinin məqsədləri barədə məlumat verilməyib.


May ayında Rütte Zelenskini iyulun əvvəlində Türkiyədə keçiriləcək NATO sammitinə dəvət edib. NATO-nun Baş katibi Ukrayna liderinin tədbirdə iştirak edəcəyinə dair ona söz verdiyini bildirib.
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью