Zelenski ABŞ Konqresində çıxış edəcək

16.10.2025

Icma.az xəbər verir, Missiya.az saytına əsaslanaraq.

Ukrayna Prezidenti Volodimir Zelenski Vaşinqtona səfəri zamanı ABŞ-nin müdafiə və enerji korporasiyaları ilə qapalı görüşlər keçirəcək, həmçinin Konqresdə çıxış edəcək.

Missiya.Az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

Bildirilib ki, Ukrayna lideri həmçinin Ağ Evdə ABŞ Prezidenti Donald Tramp ilə də görüşəcək.

Qeyd edək ki, Zelenski bu gün Vaşinqtona səfər edəcək.

Daşqın Həsənov
Missiya.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью