Zelenski ABŞ la sazişdən danışdı

01.05.2025

Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ-la mineral ehtiyatlar sahəsində əməkdaşlıq haqqında saziş bərabərhüquqludur və tezliklə ratifikasiya üçün Ali Radaya göndəriləcək.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski axşam videomüraciətində bildirib.

“Saziş mövcuddur, imzalanıb, ratifikasiya olunmaq üçün Ukrayna Ali Radasına göndəriləcək və biz sazişlə bağlı heç bir gecikmənin olmamasında maraqlıyıq”, - dövlət başçısı bildirib.

Zelenski sənədin hazırlıq prosesində əhəmiyyətli dərəcədə dəyişdiyini qeyd edib.

Onun sözlərinə görə, bu, indi həqiqətən bərabərhüquqlu sazişdir və bu, Ukraynaya əhəmiyyətli investisiyalar yatırmaq və Ukraynada istehsalın əhəmiyyətli dərəcədə modernləşdirilməsi üçün imkan yaradır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью