Zelenski ABŞ ni tərk edərək İngiltərəyə yollandı

01.03.2025

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ukrayna prezidenti Vladimir Zelenski ABŞ prezidenti Donald Trampla danışıqlardan sonra ABŞ-nı tərk edərək İngiltərəyə yollanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukraynanın “Strana.ua” nəşri özünün "Telegram" kanalında məlumat yayıb.

Məlumata görə, Ukrayna liderinin təyyarəsinin günorta saatlarında İngiltərə paytaxtına enməsi gözlənilir.

Zelenskinin gedişini şərh edən ukraynalı deputat Yaroslav Jeleznyak vəziyyətin möcüzəvi şəkildə yaxşılaşmayacağını və buna ümid etmək lazım olmadığını bildirib.

Mina Mikayılova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью