Zelenski ABŞ nin Rusiyayla danışıqlar planını açıqladı

16.12.2025

Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, ABŞ yaxın günlərdə Rusiyayla Ukrayna arasında əldə olunmuş razılaşmalarla bağlı danışıqlar keçirəcək.

Redaktor.az xəbər verir ki, bu barədə məlumatı “Strana.ua” yayıb.

Zelenskinin sözlərinə görə, bu danışıqlardan sonra, ehtimal ki, dekabrın 20–21-i tarixlərində Ukrayna nümayəndə heyəti Vaşinqtonda ABŞ prezidenti Donald Trampın komandası ilə görüşəcək.

“Bu görüşdən sonra gələcək addımlar aydın olacaq. Ən azı ABŞ prezidenti ilə liderlər səviyyəsində görüş barədə düşünəcəyik”,- deyə Zelenski bildirib.

Nuriyyə NATİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью