“Zelenski ABŞ nin səxavəti nəticəsində mövcuddur”

22.02.2025

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Prezident Zelenski, eləcə də ölkəsi Amerika Birləşmiş Ştatlarının səxavəti nəticəsində mövcuddur. Odur ki, o, təşəkkürünü bildirsin”.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens deyib.

“Əgər o, Prezident Trampla razılaşmırsa, ABŞ liderini tənqid edərək Avropa media turuna çıxmaqdansa, telefonu götürüb ona və ya bizim istedadlı diplomatlara zəng etsin. Bu təhqirdir - ona da, mənə də, Amerika xalqına da. Yeri gəlmişkən, bu, axmaqlıqdır”, - deyə Vance əlavə edib.

O, həmçinin Zelenskinin açıqlamalarının Trampın mövqeyinə təsir etməyəcəyini bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью