Zelenski: ABŞ nümayəndələri Ukrayna və Avropa tərəfləri ilə görüşəcək

06.09.2026

Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ABŞ Prezidentinin xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşner Kiyevdə Ukrayna tərəfi ilə yanaşı, Avropa ölkələrinin nümayəndələri ilə də danışıqlar aparacaqlar.

Bakıvaxtı.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

Onun sözlərinə görə, ABŞ nümayəndələri ilə əvvəlcə Ukrayna tərəfi arasında görüş keçiriləcək. Daha sonra Avropa tərəfdaşlarının iştirakı ilə ikinci danışıqlar sessiyası baş tutacaq.

“Nümayəndə heyətinin ölkəmizə gəlməsi çox önəmlidir. Biz Stivi və Caredi çoxdan gözləyirdik və Prezident Trampa onların səfərinə imkan verdiyi üçün təşəkkür edirik. Bu, icazə və təhlükəsizlik baxımından vacibdir”, - Zelenski deyib.

Qeyd edək ki, Stiven Uitkoff və Cared Kuşner sentyabrın 6-da Kiyevə gəliblər.

Sentyabrın 5-də onlar Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşüblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью