Zelenski ABŞ Rusiya danışıqlarından kənarda saxlanacaq? Vitkoff

17.02.2025

Icma.az, Olke.az portalına istinadən məlumat yayır.

ABŞ və Rusiya arasında Ukrayna ilə bağlı ilk üzbəüz danışıqların keçiriləcəyi Səudiyyə Ərəbistanına uçmazdan əvvəl Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Vitkoff Kiyevin qarşıdakı müzakirələrdə iştirakı ilə bağlı bir sıra sualları cavablandırıb.

Ölkə.Az xəbər verir ki, o, ABŞ rəsmilərinin Ukrayna rəsmiləri ilə ayrı-ayrılıqda danışıqlar apardığını bildirib.

Ukraynanın danışıqların bir hissəsi olduğunu qeyd edən rəsmi nümayəndə Kiyev nümayəndələrinin Səudiyyə Ərəbistanında iştirak edib-etməyəcəyinə konkret açıqlama verməyib.

O, həmçinin söyləyib ki, danışıqlar “kimsəni onlardan kənarlaşdırmaq” məqsədi daşımır və əlavə edib ki, görüşlər Trampın göstərişi ilə keçiriləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью