Zelenski ABŞ senatorlarına müraciət ETDİ

20.10.2026

Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ senatorlarından kəşfiyyat məlumatlarının paylaşılması və silah satışına qoyulan məhdudiyyətlərin aradan qaldırılması üçün ABŞ Prezidenti Donald Trampın administrasiyasına təzyiq göstərmələrini istəyib.

Redaktor.az xəbər verir ki, bu barədə “Axios” nəşri Ukrayna rəsmilərinə istinadən məlumat yayıb.

Məlumata görə, Zelenski senatorları “Starlink” və “Starshield” peyk sistemlərindən istifadəyə qoyulan məhdudiyyətlər barədə məlumatlandırıb.

Ukrayna rəsmilərinin iddiasına əsasən, Tramp administrasiyası bu məhdudiyyətləri ictimaiyyətə açıqlamadan tətbiq edib. Nəşr yazır ki, Ağ Evin məqsədi Zelenskini münaqişəyə son qoymaq üçün razılığa gəlməyə məcbur etməkdir.

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью