Zelenski: ABŞ Ukraynaya kəşfiyyat dəstəyini tam bərpa edib

25.10.2026

Icma.az, Apa.az saytına istinadən bildirir.

ABŞ Ukraynaya tamhəcmli kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib və “Starshield” peyk rabitə sisteminə tətbiq olunan məhdudiyyətləri aradan qaldırıb.

APA xəbər verir ki,bunu Ukrayna Prezidenti Volodimir Zelenski açıqlayıb.

Onun sözlərinə görə, Vaşinqtonun qərarı Ukraynanın müdafiə imkanlarının gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Bununla belə, Zelenski ölkəsinin qarşılaşdığı əsas problemlərdən birinin hava hücumundan müdafiə vasitələrinin çatışmazlığı olduğunu bildirib.

Ukrayna Prezidenti ABŞ-da keçiriləcək aralıq seçkiləri zamanı “Starlink” peyk rabitəsi ilə bağlı yeni problemlərin yarana biləcəyini də istisna etməyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью