Icma.az, Bakivaxti saytına istinadən bildirir.
ABŞ və Çin birgə təzyiq göstərsə, Rusiya Ukraynadakı müharibəyə son qoymağa məcbur olacaq.
Bakıvaxtı.az "NBC News"a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
Onun sözlərinə görə, Vaşinqton və Pekin münaqişəni cəmi bir görüşdə bitirmək üçün kifayət qədər təsirə malikdir:
"Əgər onlar həqiqətən müharibəni bitirmək istəyirlərsə, bunu oyun oynamadan edə bilərlər. Çin və ABŞ sanksiyalar tətbiq etsələr və ya edəcəklərini desələr, Rusiya ilə ixrac və idxalı dayandırsalar, bu, müharibənin sonu olacaq".
Gülşən Şərif