Zelenski: ABŞ və Ukrayna müharibənin qışdan əvvəl bitməsini istəyir

23.09.2026

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

Ukrayna Prezidenti  Vladimir Zelenski Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası çərçivəsində ABŞ prezidenti Donald Trampla görüşüb.

Bakıvaxtı.az "LeFigaro.fr"ə istinadən xəbər verir ki, görüşdən sonra  

V.Zelenski söyləyib ki, Vaşinqton və Kiyev Rusiya ilə müharibənin qışdan əvvəl bitməsini istəyir :

"Prezident Donald Trampla müsbət və məhsuldar görüşüm oldu. Həm ABŞ, həm də Ukrayna Rusiyanın apardığı bu absurd müharibənin qışdan əvvəl bitməsini istəyir. Görüşdə diplomatiya üçün yol aça biləcək potensial gərginliyin azaldılması addımları da müzakirə olundu".

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью