Zelenski ABŞ yə və G7 ölkələrinə çağırış ETDİ

04.07.2026

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ və G7 ölkələrini Rusiyanın Ukraynaya zərbələrinin qarşısını almaq üçün daha sərt addımlar atmağa çağırıb.

Redaktor.az-ın məlumatına görə, bu barədə RBK-Ukrayna Zelenskinin "Telegram" kanalında yayımladığı məlumata istinadən xəbər verib.

Zelenskinin sözlərinə görə, Rusiya bir neçə Ukrayna bölgəsinə ardıcıl hava zərbələri endirib. O bildirib ki, Sumı şəhərində çoxmərtəbəli yaşayış binasına endirilən aviazərbə nəticəsində dağıntılar altında hələ də insanların qala biləcəyi ehtimal olunur.

Prezident qeyd edib ki, hazırda dörd nəfərin, o cümlədən bir uşağın həlak olduğu təsdiqlənib.

"Avropanın təzyiq göstərmək üçün kifayət qədər alətləri var. ABŞ və G7 tərəfdaşları Rusiyanın hücumlarını dayandırmaq üçün daha qətiyyətli addımlar atmalıdırlar", – deyə Zelenski vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью