Zelenski açıqladı: Gözlənilən saziş imzalanacaq

18.04.2025

Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.

Ukrayna prezidenti Volodimir Zelenski ABŞ və Ukrayna arasında aparılan nadir torpaq elementləri sazişi ilə bağlı mühüm açıqlamalar verib. 

Ölkə.Az xəbər verir ki, Zelenskinin sözlərinə görə, növbəti həftə onlayn görüş zamanı ABŞ ilə 500 milyard dollarlıq nadir torpaq elementləri haqqında saziş imzalana bilər.

Zelenskidən sonra razılaşma ilə bağlı ABŞ prezidenti Donald Tramp da açıqlama verib. O, ABŞ və Ukrayna arasında qiymətli metallar sazişinin aprelin 24-də imzalana biləcəyini açıqlayıb.

Tramp Ukraynanın təbii sərvətlərindən potensial olaraq 500 milyard dollar gəlir əldə edəcəyini iddia edib.

Mürtəza
Ölkə.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью