Zelenski açıqladı: Kiyev Vaşinqtona sülh planını təqdim etdi

11.08.2026

Bakupost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


Ukrayna Prezidenti Volodimir Zelenski 4 ildən çoxdur davam edən münaqişənin sülh yolu ilə həlli üçün təkliflərini Vaşinqtona təqdim etdiyini açıqlayıb.


"Bakupost" xəbır verir ki, bu barədə o, video-müraciətində bildirib.

Zelenski, təfərrüatları açıqlamasa da, Kiyev bir daha ABŞ-ın Rusiyaya sanksiya təzyiqi göstərəcəyini və bunun Ukrayna ilə razılaşmada rol oynayacağına ümid etdiyini bildirib:

"Təkliflərimizi Amerika tərəfinə çatdırdıq. Amerika həm müdafiəmizə - əsasən hava hücumundan -kömək edə bilər, həm də Rusiyaya planlarını dəyişdirməsi, müharibəni uzatmaq əvəzinə, onun sonuna hazırlaşması üçün təzyiq göstərə bilər".

Ukrayna liderinin sözlərinə görə, Kiyev özünü ballistik raketlərdən qorumaq və Amerikanın Moskvaya siyasi və iqtisadi təsirindən istifadə məqsədilə hava hücumundan müdafiə sistemləri üçün raketlərin tədarükünə ümid edir.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью