GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ukrayna Prezidenti Volodimir Zelenski müharibəyə real və effektiv şəkildə son qoyulmasının vacibliyini bəyan edib.
Globalinfo.az xəbər verir ki, o bu barədə teleqram kanalında paylaşım edib.
Zelenski Moskvaya təşviq kimi qiymətləndirilə biləcək hər hansı güzəşt variantına qarşı olduğunu vurğulayıb.
Onun sözlərinə görə, Kiyev Qərb tərəfdaşlarından təkcə siyasi bəyanatlar deyil, gələcək razılaşmaların icrasına dair real və məcburi mexanizmlər gözləyir.
“Müharibəyə real şəkildə son qoyulmalıdır. Rusiya buna hazır olmalıdır. Tərəfdaşlarımız isə öz real zəmanətləri – təhlükəsizlik təminatları və təcavüzkara real təzyiqlər vasitəsilə buna hazır olduqlarını göstərməlidirlər”, – deyə Zelenski yazıb.
Tahir Turan
Globalinfo.az