Zelenski Ağ Evdə Donald Trampla görüşəcək

14.10.2025

Icma.az, Missiya.az saytına istinadən bildirir.

Ukrayna Prezidenti Volodimir Zelenski oktyabrın 17-də Ağ Evdə ABŞ dövlət başçısı Donald Tramp ilə görüşəcək. 


Missiya.Az xəbər verir ki, bu barədə “Axios” portalı məlumat yayıb.

Bildirilib ki, liderlər Kiyevə hansı silahların verilməsi, o cümlədən “Tomaqavk” raketlərinin ötürülməsi imkanlarını müzakirə edəcəklər.

Qeyd olunub ki, Kiyevə verilməsi nəzərdə tutulan uzaqmənzilli raketlər Ukraynaya Rusiyanın ucqar rayonlarını, o cümlədən Moskvanı hədəf almağa imkan verəcək.

Daşqın Həsənov

Missiya.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью