Zelenski Ağ Evdəki mübahisəyə görə peşman olduğunu bildirib

04.03.2025

Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ukrayna prezidenti Vladimir Zelenski Ağ Evdə ABŞ prezidenti Donald Trampla görüşündə münaqişədən təəssüfləndiyini bildirib.  
Demokrat.az xəbər verir ki, o, bunu sosial şəbəkədəki səhifəsində müvafiq mesajında yazıb.
“Cümə günü Ağ Evdəki görüşümüz ümidləri doğrultmadı. Baş verənlərə təəssüflənirəm. Vəziyyəti düzəltməyin vaxtıdır”, – deyə Zelenski qeyd edib.
Ukrayna prezidenti sülhə nail olmaq üçün prezident Trampın güclü rəhbərliyi altında əməkdaşlığa hazır olduğunu vurğulayıb.
Əfsanə Kamal
Demokrat.az

 
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью