Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.
Ukrayna lideri Vladimir Zelenski parlamentarilərin Ukrayna seçkiləri ilə bağlı təkliflər təqdim etmələrini gözlədiyini bildirib.
Musavat.com xəbər verir ki, məlumatı Vladimir Zelenski xalqa növbəti müraciətində açıqlayıb. Prezident qeyd edib ki, dekabrın 10-da Ukrayna parlamentinin nümayəndələri ilə danışıb. O, Ukraynaya qarşı heç bir spekulyasiyaya dözməyəcəyini vurğulayıb:
"Əgər Vaşinqtondakı əsas tərəfdaşımız da daxil olmaqla, tərəfdaşlarımız Ukraynadakı seçkilər - hərbi vəziyyət altındakı seçkilər - haqqında bu qədər və belə çox konkret danışırlarsa, onda biz hər suala və hər şübhəyə Ukraynanın hüquqi cavablarını verməliyik".
Ukrayna prezidenti qeyd edib ki, Ukrayna parlamentarilərindən bu məsələyə dair fikirləri ilə bağlı təkliflər gözləyir:
"Təhlükəsizlik problemləri tərəfdaşlarımızdan, ilk növbədə Amerikadan asılıdır. Siyasi və hüquqi problemlərə Ukrayna cavab verməlidir. Və bu, baş verəcək".
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin