Zelenski Ali Radaya səsləndi: Baş prokuroru dərhal vəzifədən azad edin

14.09.2026

Icma.az, Bizim media portalına istinadən məlumat verir.

Prezident Volodimir Zelenski Ali Radaya səslənərək Ruslan Kravçenkonun baş prokuror vəzifəsindən istefası ilə bağlı qərarı mümkün qədər tez qəbul etməyə çağırıb.
Bizim.Media xəbər verir ki, o, bu barədə Telegram kanalında yazıb.
“Bu baş prokurorun yalnız bir yolu var: vəzifədən azad edilmək. Mən ona məhz bunu demişəm. Əgər o, bunu siyasi təzyiq hesab edirsə, qoy belə də adlandırsın”, – Zelenski vurğulayıb.
Zelenski parlamentə Kravçenkonun vəzifədən azad edilməsi ilə bağlı qərarı təxirəsalınmaz şəkildə qəbul etməyi tövsiyə edib.
 

UNİAN-ın məlumatına görə, baş prokuror Ruslan Kravçenko vəzifəsindən istefa ərizəsi verib. O, bu qərarın siyasi xarakter daşıdığını bildirib.


Kravçenko həmçinin işlərini vicdanla yerinə yetirən həmkarlarına təşəkkür edib. O, xüsusilə məhkəmələrdə dövlət ittihamını təmsil edən, zərərçəkənlərlə işləyən, Rusiyanın törətdiyi cinayətləri sənədləşdirən və dövlətin maraqlarını müdafiə edən əməkdaşları ayrıca qeyd edib.
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью