Zelenski: Amerikadan sülh planı gözləyirik

23.11.2024

Gununsesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ukrayna 2025-ci ilin yanvarında ABŞ-nin seçilmiş prezidenti Donald Trampdan sülh planı almağı gözləyir.

Gununsesi.info “Report”-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevin təşviq etdiyi “Grain from Ukraine” (Ukraynadan taxıl) proqramına həsr olunmuş görüşdə bildirib.

“Mən ABŞ-nin yeni prezidentinin təkliflərini görmək istəyirəm. Düşünürəm ki, təklifləri artıq yanvarda görəcəyik və bu, müharibəni bitirmək planımız olacaq”, – Ukrayna lideri deyib.

Zelenski, həmçinin vurğulayıb ki, Trampla görüşü onun andiçmə mərasimindən sonra baş verəcək.

Qeyd edək ki, Donald Trampın andiçmə mərasimi 2025-ci il yanvarın 20-də keçiriləcək. Tramp dəfələrlə Rusiya-Ukrayna müharibəsini mümkün qədər tez dayandırmaq niyyətində olduğunu bəyan edib.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью