Icma.az, Reyting.az saytına istinadən bildirir.
Ukrayna Alyaskada keçiriləcək Tramp-Putin görüşündə ABŞ-nın güclü mövqeyinə ümid edir.
Reyting.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti V. Zelenski teleqram kanalında bildirib.
"Biz Amerikanın güclü mövqeyinə ümid edirik. Hər şey bundan asılı olacaq - ruslar Amerikanın gücü ilə hesablaşırlar. Məhz güclə...", - o qeyd edib.
Avqustun 15-də Putin və Tramp Alyaskada danışıqlar aparacaq. Əsas mövzu Ukraynada sülhdür. Müzakirə olunan təkliflər arasında ərazilərin mübadiləsi və Kiyevin NATO-ya üzv olmaqdan imtinası ola bilər. Görüşdə Rusiya ilə ABŞ arasında iqtisadi əməkdaşlıq məsələlərinə də toxunulacaq.(Teleqraf)