Icma.az, GlobalInfo saytına istinadən bildirir.
Ukrayna nümayəndə heyəti Əbu-Dabidə ABŞ və Rusiya ilə birgə keçiriləcək üçtərəfli danışıqlara qatılacaq.
Globalinfo.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski deyib.
O bildirib ki, heyətdə beş nəfər olacaq, o cümlədən hərbçilər və yüksək səviyyəli rəsmi şəxslər də iştirak edəcək.
Zelenski görüşün nəticələrindən konkret nə isə gözləmədiyini bildirib, lakin Rusiyanın sülh planının müxtəlif bəndlərini müzakirə etməyə hazır olub-olmadığını öyrənəcəyini deyib. O vurğulayıb ki, bütün tərəflər ciddi işləsə, müharibə bitə bilər.
Həmçinin, Zelenski ABŞ prezidenti Donald Tramp tərəfindən yaradılan “Sülh Şurası”na üzvlüyün yalnız müharibə başa çatdıqdan sonra mümkün olacağını diqqətə çatdırıb.
Əliyar Xəlil