Zelenski atəşkəs şərtini açıqlayıb KİV

08.08.2025

Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Volodimir Zelenski Ukraynada cəbhə xətti boyunca atəşkəslə razılaşa bilər, lakin bir şərtlə ki, Rusiyanın DXR, LPR, Xerson və Zaporojye vilayətləri üzərində nəzarəti beynəlxalq səviyyədə tanınmasın.

"Unikal" xəbər verir ki, bu  barədə "The Telegraph" yazır.

Məqalədə qeyd edilir ki, bu tələb Ukrayna Konstitusiyası ilə şərtlənir, ona görə Ukrayna prezidenti və parlamenti ölkənin ərazi strukturunu birtərəfli qaydada dəyişə bilməz.

Eyni zamanda Zelenski başa düşüb ki, Kiyev Rusiya ilə silahlı münaqişə zamanı itirdiyi əraziləri geri qaytara bilməyəcək. 

Gülayə Mecid


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью