Zelenski atəşkəsi sülh danışıqlarına doğru ilk addım adlandırıb

19.03.2025

Icma.az bildirir, 525.az portalına istinadən.

Gələcək sülh danışıqlarında ilk maddə qeyd-şərtsiz atəşkəs barədə razılaşma olmalıdır.

525.az “Report”a istinadən məlumatına görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Finlandiya Prezidenti Aleksandr Stubb ilə birgə mətbuat konfransında bildirib.

O deyib ki, yalnız bundan sonra digər məsələləri, o cümlədən ərazi məsələlərini müzakirə etmək olar.

"İlk addım - şərtsiz atəşkəsdir, hətta, məsələn, səmada sakitlik, dənizdə sakitlik kimi müəyyən mərhələlərdən keçmək lazım olsa belə. Nəticədə bu, bütün cəbhəboyu sakitliyə gətirib çıxaracaq", - V.Zelenski bildirib.

Onun sözlərinə görə, bu ədalətli sülhə gedən yeganə düzgün yoldur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью