Zelenski atəşkəsin şərtini açıqladı

06.01.2025

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ukrayna Rusiyanın gələcək hücumlarını dəf etmək üçün silahla təmin olunmaq şərti ilə atəşkəslə razılaşacaq.

Oxu.Az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski podkastçı Leks Fridmana müsahibəsində deyib.

"Atəşkəs işə yarasa, heç kim bu silahlardan istifadə etməyəcək. Lakin ABŞ-yə hörmətimizə baxmayaraq, əvvəlki kimi deyil, silahlar qalmalı olacaq", - o bildirib.

Onun sözlərinə görə, o, münaqişənin başlanğıcında Qərbin silah təchizatının azalması ilə bağlı vəziyyətin təkrarlanmasını istəmir. Zelenski, həmçinin vurğulayıb ki, Ukrayna NATO-ya qoşularsa, alyans Kiyevin nəzarətində olan ərazilərdə fəaliyyət göstərə biləcək. O qeyd edib ki, bu barədə razılaşmaq olar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью