Zelenski: Avropa ABŞ ı silah təchizatında əvəz edə bilməz

04.07.2025

Dogru.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, Avropa ölkələri Ukraynaya silah tədarükündə, xüsusilə də hava hücumundan müdafiə sahəsində ABŞ-ı əvəz edə bilməz.

Doğru.az xəbər verir ki, bu barədə TASS agentliyi Ukrayna liderinə istinadla məlumat yayıb.

“Biz Amerikanın davamlı dəstəyinə ümid edirik, çünki müəyyən mövqelər var ki, onları, təəssüf ki, Avropa təmin edə bilmir. Xüsusilə də söhbət “Patriot” sistemləri üçün raketlərdən gedirsə”, – deyə Zelenski vurğulayıb.

Bundan əvvəl Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen ABŞ-ın Kiyevə silah tədarükünü dayandırmasının Avropa üçün ciddi siqnal olduğunu bəyan edib.

“Politico” nəşri isə qeyd edib ki, ABŞ-ın yardımın dayandırılması ilə bağlı qərarı Ukrayna tərəfinə əvvəlcədən bildirilməyib.

DOĞRU.AZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью