Zelenski Avropa liderlərinə zəng etdi

22.02.2025

Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Tramp administrasiyasının artan tənqidi fonunda Avropa liderləri ilə danışıqlar aparıb. SİA xəbər verir ki, o, bir gün ərzində Almaniya kansleri Olaf Şolts da daxil olmaqla, altı Avropa lideri ilə telefonla danışıb. Zelenski "Telegram" kanalında fevralın 21-də Xorvatiya, Polşa, Çexiya, İsveç və Sloveniya rəhbərləri ilə söhbətlər apardığı barədə paylaşımlar edib. Onlarla yeni silah tədarükü planları və birgə təhlükəsizlik təminatlarının hazırlanması müzakirə olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью