Zelenski: Avropa Rusiyaya təzyiq gücləndirəcək

28.01.2026

Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ukrayna Prezidenti Volodimir Zelenski Avropanın Ukraynadakı münaqişəyə son qoymaq üçün Rusiyaya təzyiqləri gücləndirəcəyini bildirib.

Teleqraf xəbər verir ki, bu barədə Zelenski Telegram kanalındakı çıxışında bildirib.

“Rusiyaya təzyiq olmalıdır. Biz indi Avropadan təcavüzkara daha fəal şəkildə təzyiq göstərməyə hazır olduqları barədə yaxşı siqnallar alırıq”, - deyə Zelenski bildirib.

Onun sözlərinə görə, Rusiyanın tanker donanmasına və neft infrastrukturuna təzyiq göstərilməlidir. Ukrayna liderinin fikrincə, bu, bütün Avropaya kömək edəcək, çünki Moskvanın gəlirləri azalacaq.

O həmçinin Rusiyadakı büdcə problemlərindən də danışıb və qeyd edib ki, bütün bunlar sülh üçün yaxşı əlamətlərdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью