Ayna saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Son iki həftədir ki, bütün dünya - Avropa və bizi dəstəkləyən dünya - tətildədir”
Ukrayna Prezidenti Volodimir Zelenski Avropanın və Kiyevin digər müttəfiqlərinin respublika ərazisinə kütləvi Rusiya hava hücumları fonunda "tətildə" olduqlarına görə narazılığını bildirib. AYNA.AZ xəbər verir ki, onun sözləri “RBC-Ukrayna” tərəfindən yayılıb.
"Son iki həftədir ki, bütün dünya - Avropa və bizi dəstəkləyən dünya - tətildədir. Və bu, çox xoşagəlməz bir haldır. Bunu bölüşməmək mümkün deyil. Plan üzrə diplomatiya...", - Zelenski qeyd edib.
Qeyd edək ki, 1 sentyabr gecəsi Rusiya qüvvələri dəqiq idarə olunan silahlar və uzaqmənzilli hücum dronlarından istifadə edərək Ukraynaya kütləvi hücum edib. Rusiya qoşunları Kiyevdə və ətraf bölgədə yerləşən müdafiə sənayesi və enerji stansiyalarını sıradan çıxarıblar.