Zelenski ayın sonunda Trampla görüşə ümid edir

11.09.2026

Icma.az, Axar.az portalına istinadən məlumat verir.

Ukrayna Prezidenti Vladimir Zelenski sentyabrın sonunda Nyu Yorkda ABŞ Prezidenti Donald Trampla görüşmək niyyətində olduğunu açıqlayıb. Ukrayna lideri enerji və ərzaq təhlükəsizliyi sahələrində nəticələr əldə etməyə ümid edir.

Axar.az xəbər verir ki, Zelenski bu barədə Kanada Baş naziri Mark Karni ilə Alberta ştatının Kalqari şəhərində birgə mətbuat konfransında deyib.

"Hesab edirəm ki, Rusiyada seçkiqabağı dövrdə intensiv danışıqlar aparmayacağıq. Biz bunu başa düşürük. Lakin sentyabrın sonunda inanıram ki, Nyu-Yorkda Amerika komandası ilə görüşmək imkanımız olacaq", - deyə Zelenski qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью