Zelenski Baydenin bu təklifini rədd etdi

30.11.2024

Gununsesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ukrayna Prezidenti Vladimir Zelenski səfərbərlik yaşının 18 yaşa endirilməsi ilə bağlı ABŞ Prezidenti Co Baydenin təklifindən imtina edib.

Gununsesi.info xəbər verir ki, o, bu barədə “Skay Nyus”a müsahibəsində bildirib.

“Mən tərəfdaşlarımızdan öz işlərini görmələrini xahiş etmək istəyirəm, biz də öz işimizi görəcəyik. İndi tərəfdaşlar yalnız 2,5 briqada təchiz ediblər, daha 10 briqada isə tam silah almayıb”, – Ukrayna lideri əlavə edib.

Xatırladaq ki, üç gün əvvəl “Assoşeyted Press” və “Röyters” agentliyi Bayden administrasiyasının Kiyev hakimiyyətini ordunun sayını sürətlə artırmaq üçün səfərbərlik yaşını 25-dən 18 yaşa endirməyə çağırdığını yazmışdı.

Gununsesi.info

(Axar.az)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью