Icma.az, Bizim media saytına istinadən bildirir.
Ukrayna Prezidenti Volodimir Zelenski həyat yoldaşı Yelena Zelenskaya ilə birlikdə Birləşmiş Ərəb Əmirliklərinə səfərə gedib.
Bizim.Media bu barədə dövlət başçısının "Telegram" kanalına istinadən xəbər verir.
"Daha çox vətəndaşımızın əsirlikdən vətənə qayıtması prioritetdir". Zelenski səfərlə bağlı fikirlərini belə izah edib.
Ukrayna lideri bildirib ki, BƏƏ-yə səfərin başqa bir məqsədi də investisiyalar, iqtisadi tərəfdaşlıq və "böyük humanitar proqram"ı müzakirə etməkdir.
Bizim.Media