Zelenski: Belçika ilin sonunadək Ukraynaya KONKRET

29.09.2026

Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Belçika bu ilin sonunadək Ukraynaya üç F-16 qırıcı təyyarəsi verməyi planlaşdırır.

KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “X” sosial şəbəkəsində yazıb.

Onun sözlərinə görə, Ukrayna bu təyyarələri sürətləndirilmiş prosedur üzrə təhvil alacaq.

“Belçika ilə ilin sonuna qədər bizə üç F-16 qırıcı təyyarəsinin verilməsi barədə mühüm razılaşma əldə olunub. Bu təyyarələri sürətləndirilmiş prosedur üzrə təhvil alacağıq”, – o qeyd edib.

Zelenski həmçinin qeyd edib ki, Ukrayna artıq Belçikadan və digər ölkələrdən, xüsusən də İspaniyadan F-16-lar üçün təcili sursat alıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью