Zelenski beynəlxalq ictimaiyyəti Rusiyada hakimiyyət dəyişikliyinə çağırıb

31.07.2025

Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.

Ukrayna prezidenti Volodimir Zelenski beynəlxalq ictimaiyyəti Rusiyada hakimiyyət dəyişikliyinə çağırıb.

APA xəbər verir ki, Zelenski əks təqdirdə Rusiyanın öz qonşularının vəziyyətini pisləşdirə biləcəyi fikrindədir.

“Bu müharibəni Rusiya başladıb və məncə, onlar bu müharibəni bitirməyə məcbur edilə bilər. Amma, dünya Rusiyadakı rejimi dəyişməyə çalışmasa, bu o deməkdir ki, hətta müharibə bitəndən sonra da Moskva öz qonşuluğundakı ölkələri destabilizə etməyə çalışacaq”, - Ukrayna lideri deyib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью