Zelenski: Birləşmiş Çevik Reaksiya Qüvvələri yaradılacaq

11.07.2026

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

Ukraynada hücum bölmələri, artilleriya və pilotsuz uçuş aparatlarını birləşdirəcək Ukrayna Silahlı Qüvvələrinin (USQ) yeni tərkib hissəsi kimi Birləşmiş Çevik Reaksiya Qüvvələri yaradılacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün "Telegram" kanalında bildirib.

Dövlət başçısının müvafiq fərmanına əsasən, yeni struktur cəbhədə maksimum operativ reaksiya üçün ordunun müasir və texnoloji hücum komponentinə çevrilməlidir.

Paralel olaraq, Ukraynada hücum qoşunlarının transformasiyasının həyata keçirilməsi planlaşdırılır. Prezidentin sözlərinə görə, bu sahədə həlli vacib olan çoxlu suallar və problemlər toplanıb.

"İlk növbədə, insanlarla bağlı. Hüquq-mühafizə orqanları prosessual addımlar atır. Həmçinin hücum qoşunlarının idarə olunması səviyyəsində dəyişikliklər olacaq", - Zelenski vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью