Zelenski: Biz birbaşa üçtərəfli formatda görüşə hazırıq

22.08.2025

Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ukrayna prezidenti Volodimir Zelenski Rusiya hakimiyyətinin onun Putinlə görüşünün baş tutmaması üçün əlindən gələni etdiyini deyib.

APA xəbər verir ki, Zelenski bu fikirləri bu gün NATO Baş katibi Mark Rutte ilə birgə mətbuat konfransında bildirib.

“Biz ruslarla görüşə hazırıq, ancaq bir başa üç tərəfli formatda görüş daha arzu olunandır”, - deyə Zelenski vurğulayıb.

Daha sonra o, əlavə edib ki, Ukraynanın ruslarla heç bir razılaşması olmayıb.

“Razılaşma yalnız Trampla olub və bu gün o, Putini dayandıra biləcək yeganə adamdır.” – Zelenski qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью