Icma.az bildirir, Turkstan.az portalına istinadən. Ukrayna prezidenti Volodimir Zelenski X hesabından verdiyi açıqlamada Rusiya ordusunda Uk
Zelenski “Rusiya ordusunda bu iki nəfərdən çox çinlinin xidmət etdiyi” barədə məlumatların olduğunu bildirib və qeyd edib:"Biz indi bütün fa
Ukraynanın kəşfiyyatı, Təhlükəsizlik Xidməti və Silahlı Qüvvələrin müvafiq bölmələri işlərini davam etdirir.
Mən Ukraynanın Xarici İşlər Nazirinə göstəriş verdim ki, dərhal Pekinlə əlaqə saxlasın və Çinin buna necə cavab verəcəyini öyrənsin".Rusiya prezidenti Vladimir Putinin “müharibənin müddətini uzatmağın yollarını axtardığını” iddia edən Zelenski, “Rusiyanın Çin və digər ölkələri Avropadakı bu müharibəyə birbaşa və ya dolayısı ilə cəlb etməsi Putinin müharibəni bitirməkdən başqa hər şeyi etmək niyyətində olduğuna açıq işarədir” dedi.
Zelenski ABŞ, Avropa və sülh tərəfdarlarının hamısını bu vəziyyətə reaksiya verməyə çağırıb və əsir götürülən Çin vətəndaşlarının Ukrayna Təhlükəsizlik Xidmətinin nəzarəti altında olduğunu bildirib.
Aytən Yaşar/ Turkustan.az Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.