Zelenski Brüsseldə Makronla görüşüb

06.03.2025

Icma.az bildirir, Missiya.az saytına əsaslanaraq.

Ukrayna Prezidenti Volodimir Zelenski fransalı həmkarı Emmanuel Makronla görüşüb. 

Missiya.Az “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin mətbuat katibi Sergey Nikiforov məlumat verib.

Onun sözlərinə görə, görüş Brüsseldə baş tutub.

"Zelenski hazırda Fransa Prezidenti Emmanuel Makronla görüşür", - deyə Nikiforov bildirib.

Qeyd edək ki, Makron və Zelenski Brüsseldə Avropa İttifaqı (Aİ) liderlərinin toplantısında iştirak edəcək.

Daşqın Həsənov
Missiya.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью