Zelenski Brüsselə getdi

15.10.2026

Icma.az, Redaktor.az saytına istinadən bildirir.

Ukrayna Prezidenti Volodimir Zelenski Avropa Şurasının iclasında iştirak etmək və tərəfdaşları ilə danışıqlar aparmaq üçün Brüsselə gedib.

Redaktor.az xəbər verir ki, o bu barədə özünün teleqram kanalında məlumat verib.

Zelenskinin NATO Baş katibi Mark Rutte və Fransa Prezidenti Emmanuel Makronla görüşləri nəzərdə tutulmuşdu. Ukrayna Prezidenti, həmçinin Polşa, Danimarka və Belçikanın baş nazirləri – Donald Tusk, Mette Frederiksen və Bart De Vever ilə müzakirələr aparacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью