Zelenski Brüsselə getdi Onlarla görüşəcək KONKRET

15.10.2026

Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ukrayna Prezidenti Volodimir Zelenski Avropa Şurasının iclasında iştirak etmək və tərəfdaşları ilə danışıqlar aparmaq üçün Brüsselə gedib.

KONKRET.az xəbər verir ki, o bu barədə özünün teleqram kanalında məlumat verib.

Zelenskinin NATO Baş katibi Mark Rutte və Fransa Prezidenti Emmanuel Makronla görüşləri nəzərdə tutulmuşdu. Ukrayna Prezidenti, həmçinin Polşa, Danimarka və Belçikanın baş nazirləri – Donald Tusk, Mette Frederiksen və Bart De Vever ilə müzakirələr aparacaq.\\qafqazinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью