Zelenski: “Bu müharibədə qalib olmayacaq”

16.09.2026

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

“Artıq hər iki tərəfin özünü qalib hesab edə biləcəyi bir ssenari  yoxdur”.

“Cebheinfo.az” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

O, hərbi əməliyyatların dayandırılmasını və insan həyatının qorunmasını ən vacib qələbə adlandırıb.

"Düzünü desəm, bu münaqişədə hər iki tərəfin qazana biləcəyi bir ssenari ola bilməz. 

Böyük insan itkilərini nəzərə alsaq, bu, artıq hər iki tərəfin qazana biləcəyi bir münaqişə deyil", - deyə Zelenski “CBC News”-a verdiyi müsahibədə bildirib.

Onun sözlərinə görə, ən vacib qələbə sülh və qarşıdurmaya son qoymaqdır: 

“Təkcə Ukrayna və Rusiya üçün deyil, bütün dünya üçün belədir”. Zelenski Rusiya Prezidenti Vladimir Putinlə ikitərəfli görüş keçirmək istəmədiyini bildirib. 
“Bununla belə, o, Rusiya lideri ilə üçtərəfli danışıqlar çərçivəsində söhbət etmək ehtimalına açığam”
,-deyib.

Rusiya tərəfi isə danışıqlar davam edərkən hərbi əməliyyatları dayandırmaq niyyətində deyil. Bunu  onunla izah edirlər ki, əməliyyatların dayanması məğlubiyyətlə üzləşən Ukraynaya fayda verər. 

Rusiyanın xarici işlər naziri Sergey Lavrov da bildirib ki, Putin və Zelenski arasında Moskvada şəxsi görüş mümkündür. Kreml razılaşmanın Rusiyanın şərtlərinin yerinə yetirilməsindən asılı olacağını deyir. 

Xəzər
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью