Zelenski bu ölkələrdəki səfirləri geri çağırdı

21.12.2024

Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu gün Ukrayna Prezidenti Vladimir Zelenski 6-ya yaxın ölkədəki səfirləri vəzifəsindən azad edib.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Administrasiyasının rəsmi saytında məlumat verilib.

Qeyd olunub ki, Keniya, Ruanda, Sloveniya, Litva, Yaponiya və İndoneziyada fəaliyyət göstərən səfirlər geri çağırılıb.

Məlumata görə, fərman Çin və BMT-dəki Ukrayna nümayəndələrinə də şamil edilib.

Yeni təyinatlarla bağlı məlumat verilməyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью