Zelenski bu şərtlə seçkilərə gedəcəyini açıqladı

11.10.2026

Icma.az, Qafqazinfo saytına istinadən bildirir.

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya dövlət başçısı Vladimir Putinin 60 günlük atəşkəsə razılıq verəcəyi təqdirdə ölkədə prezident seçkiləri keçirməyə hazır olduğunu bəyan edib.

“Qafqazinfo” “Strana.ua” nəşrinə istinadən xəbər verir ki, Zelenskinin bu sensasion gedişi ABŞ Prezidenti Donald Trampın kəskin bəyanatlarından dərhal sonraya təsadüf edir.

Qeyd edək ki, bundan öncə Ağ Ev rəhbəri ukraynalılara yeni lider seçməyi tövsiyə edərək, Zelenskinin “saziş bağlamaq qabiliyyətinin olmadığını” və Rusiya ilə dil tapa bilmədiyini vurğulamışdı. Həmçinin Tramp Kiyevin Rusiya neft emalı zavodlarına zərbələri dayandırmaq tələblərinə məhəl qoymamasından gileylənərək, kəşfiyyat məlumatlarının verilşini kəsməklə hədələmişdi.

Nəşr onu da diqqətə çatdırıb ki, Trampın açıqlaması Zelenskinin ətrafında şok effekti yaradıb. Ukrayna lideri dərhal bir neçə Avropa dövlət başçısı ilə təcili telefon danışıqları aparıb və Vaşinqtonun ultimatumunu faktiki olaraq rədd edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью