Teleqraf.com portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Rusiya və digər ölkələrdən Ukraynaya təhlükəsizlik zəmanəti verən Budapeşt Memorandumu son on ildə işləməyib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski teleqram kanalında danışıb.
O xatırladıb ki, bu gün bu sənədin imzalanmasından otuz il keçir: “On illik müharibə. Bu sənəd bir gün də faydalı olmadı.
Bunun sayəsində indi dünyada hamı biləcək ki, təhlükəsizliyi təmin etmək üçün hər hansı dövlətin sadə imzası və ya hər hansı təminat, vəd kifayət deyil”.
Ukrayna prezidenti vurğulayıb ki, hazırda effektiv təminatlara, yəni real ittifaqlara və ölkə daxilində təhlükəsizliyin real əsasına ehtiyac var.
Nümunə olaraq o, düşməndən qoruyacaq silahlara ehtiyac olduğunu deyib.
O, əlavə edib ki, Kiyev təhlükəsizliyin bütün elementləri üzərində işləyir.