Icma.az, Axar.az portalına istinadən məlumat yayır.
Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ-la iqtisadi saziş imzalamalı və Kiyevlə Vaşinqton arasında ziddiyyətlərin olmadığını nümayiş etdirməli idi, lakin o, “hər şeyi partlatmaq” qərarına gəldi.
Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın maliyyə naziri Skott Bessent CBS telekanalına müsahibəsində bildirib.
"Prezident Zelenskinin etməli olduğu yeganə şey gəlib bu iqtisadi sazişi imzalamaq və yenə də Amerika və Ukrayna xalqları arasında heç bir ziddiyyət olduğunu göstərməmək idi. Lakin o, onu “partlatmaq” qərarına gəldi", - deyə maliyyə naziri bildirib.